ABŞ-da ilk yüksəksürətli yeraltı tunel açıldı

19 Dekabr 2018 12:10 (UTC+04:00)

"Reuters" xəbər verir ki, tunelin təqdimatı İ.Maskın sahibi olduğu "The Boring Company"nin rəsmi saytında canlı yayımlanıb.

Təqdimat zamanı İ.Mask bildirib ki, tuneldən sürətli keçidi məqsədi ilə avtomobillərdə irəli-geri çəkilə bilən yan təkərlər olacaq. Nümayişdə "Tesla" avtomobili göstərilib.

"Saatda 240 km/saat sürətlə hərəkət etmək mümkündür. Bu sürətdə elə bil şəhər üzrə teleport edirsən... Bütün tunellərdə piyadalar və velosiped sürənlər üçün daim avtomobillər dövriyyədə olacaq", - İlon Mask söyləyib.(report.az)

© AzNews.az