“Moskva ümid edir ki, Ermənistan...” - Rusiya XİN

19 Dekabr 2018 12:30 (UTC+04:00)

Bunu Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin deyib.

O xatırladıb ki, ABŞ prezidentinin təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Yerevana səfər edərkən Ermənistana ABŞ silahını almağı və “müəyyən tarixi standartlar”dan yaxa qurtarmağı məsləhət görüb:

“Ümid edirik ki, parlament seçkilərində lazımi sayda mandat almış yeni Ermənistan rəhbərliyi xarici şantaja və təzyiqə müqavimət göstərməyə cəsarət tapacaq, milli maraqlara əsaslanmaqla müstəqil qərar qəbul etmək hüququnu müdafiə edəcək”.(trend.az)

© AzNews.az