Avtobusla qadını vurub öldürən sürücü istintaqa cəlb olundu

19 Dekabr 2018 13:34 (UTC+04:00)

Sabunçu rayonu, Ramana qəsəbəsində avtobus ölümlə nəticələnən qəza törədib.

AzNews.az-ın məlumatına görə, Maştağa qəsəbəsində Əhəd Məmmədovun idarə etdiyi “İsuzu” markalı avtobus yolu keçmək istəyən Valentina Mişinkanı vurub.

Yaralı qadın 3 saylı xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Sabunçu rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb və hadisəni törədən sürücü şübhəli şəxs qismində istintaqa cəlb olunub.

Azər
AzNews.az