Qəza törətdi, həyat yoldaşını itirdi...

19 Dekabr 2018 13:41 (UTC+04:00)

Şamaxıda ölümlə nəticələn ağır yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, dekabrın 18-də saat 21:00 radələrində Şamaxı rayonunun Padarçöl kəndi ərazisində şəhər sakini Durasan Əsgərovun idarə etdiyi və Pirbəhli kənd sakini Ulduzxan Səmədovun idarə etdikləri “VAZ-2121” markalı 2 avtomobil toqquşub.

Nəticədə U.Səmədovun sərnişinlərindən, arvadı Solmaz hadisə yerində ölüb, özü və digər sərnişini - qızı Mixək, habelə D.Əsgərov və 1 sərnişini xəstəxanaya yerləşdiriliblər.

Şamaxı rayon Polis şöbəsi tərəfindən araşdırma aparılır.

AzNews.az