Ərdoğan Qəzzaya mayda gedəcək
15 Aprel 2013 08:31 (UTC+04:00)
Türkiyə Baş naziri Rəcəb Tayyib Ədroğan mayın sonunda Qəzza sektoruna səfər edəcək. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi "TRT Haber" telekanalı xəbər yayıb.
Daha əvvəl Ərdoğanın səfəri aprel ayına planlaşdırılmışdı.
Ərəb KİV-nin verdiyi məlumatlar görə, "HƏMAS" təşkilatının bəzi üzvləri Ərdoğanın Qəzzaya səfərinə qarşı çıxıblar.
AzNews.az