Bakıda hava limanının işçisi dəm qazından boğuldu

19 Dekabr 2018 14:06 (UTC+04:00)

Lalə Məmmədova dünən dəm qazından boğularaq ölüb.

39 yaşlı Lalə Məmmədova paytaxtın Xətai rayonu, Xocalı prospekti, N.Rəfili küçəsindəki mənzilində dəm qazının sızması nəticəsində dünyasını dəyişib.

Bakı Hava limanının işçisi olan Lalə Məmmədova nişanlı olub. Yaxın zamanlarda toyu olacaqdı.(unikal.org)

© AzNews.az