“Xanəndənin belə bir brendin siması seçilməsi həm də Azərbaycan muğamının inkişafıdır”.
Bunu AzNews.az-a açıqlamasında xalq artisti Mənsum İbrahimov “VMF saatlarının Uğur Fəlsəfəsinin Elçisi” seçilməsindən danışarkən deyib. Onun sözlərinə görə, Azərbaycanda 36 adda saat istehsal olunacaq:
“İki ay bundan öncə “VMF” şirkəti tərəfindən mənə zəng olundu. Mənə sirkətin siması seçildiyimi bildirdilər. Vahid Mustafayevlə görüşdüm. Görüşdə Vahid müəllim bildirdi ki, “6 ay ərzində xalq musiqisi sayəsində bütün sənət adamlarını araşdırdıq. Sizin sənətiniz, cəmiyyətdəki mövqeyiniz bizim şirkətin istəklərinə uyğun gəldi. Artıq Azərbaycanın milli brendi yarandı. 36 adda milli saatlar istehsal olunacaq. Şirkət müxtəlif məkanlarda çəkiliş apardı və kataloq hazırlandı və onu təqdim etdik. “VMF” şirkətinə təşəkkümü bildirirəm”.
Bahar RÜSTƏMLİ
AzNews.az