“Akvamen” nümayiş olundu

19 Dekabr 2018 14:39 (UTC+04:00)

“Gənclik Mall” TM-də yerləşən “CinemaPlus” premium kinoteatrında “Akvamen” filminin premyeradan 3 gün öncə nümayişi keçirilib.

AzNews.az-ın məlumatına görə tədbirə məşhur stilist Nata İsmayılova tərəfindən filmin baş qəhrəmanı kimi qrim olunan fotograf Eyyub Qurbanov dəvət olunub.

Gecə kinoteatra qonaq qismində şou biznes ulduzları, məşhur jurnalistlər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

“Akvamen”dən ayrılmağın mümkünsüzlüyünün əsas səbəblərindən biri sualtı dünyadır. Onun yaradılması üzərində vizual effektlər sahəsində ixtisaslaşmış bir neçə şirkət işləyib.

Filmdə baş rol ifaçısı Ceyson Momoa ilə yanaşı Ember Herda, Nikol Kidman, Uillyem Defo, Dolf Lundqren çəkiliblər.

Filmin rejissoru “Mişar”, “Astral”, “Cadu” filmlərinin və həmçinin “Forsaj” franşizəsinin yeddinci seriyası ilə məşhur olan Ceyms Vandır.

AzNews.az