Rektor işçiləri sevindirdi - Hər kəsə maaşları həcmində mükafat

19 Dekabr 2018 15:44 (UTC+04:00)

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru işçiləri sevindirib.

Universitetin mətbuat katibi Nəcibə Mirzəyeva AzNews.az-a bildirib ki, AzMİU-da 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə ştatda olan bütün işçilərə maaşları həcmində pul mükafatları verilib.

AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədovanın imzaladığı əmrə əsasən, universitetin bütün əməkdaşlarına onların rifah halının yaxşılaşdırılması üçün maddi yardım edilib.

O, rektorun işçilərin sosial vəziyyətinin yaxşılaşdırılması üçün hər il bütün əməkdaşlarına maddi yardımlar göstərilməsinə görə əmr imzaladığını deyib.

Əsmər Qabil

AzNews.az