Yeni layihələr yoxdur, bir az ara verdim - Arda Turanın qardaşı

19 Dekabr 2018 18:15 (UTC+04:00)

Türkiyəli futbolçu Arda Turanın qardaşı Okan Turan keçən gün alış-veriş mərkəzlərinin birində kameralara yaxalanıb.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bir müddət “Eşkiya Dünyaya Hükümdar Olmaz” serialında rol alan Okan Turan yeni layihələrin olmadığını bildirib.

O, jurnalistlərə “Bura dostlarımla iclas üçün gəlmişəm. Hal-hazırda yeni layihələr yoxdur, bir az ara vermişəm” deyib.

Nigar CƏFƏR

AzNews.az