Kirkorovdan homoseksualizmə dəstək

15 Aprel 2013 09:35 (UTC+04:00)
Rusiyalı müğənni Filip Kirkorov son konserti zamanı qeyri-ənənəvi seksual orientasiyası olan şəxsləri müdafiə edib. Müğənni "Bu davarların arxasında mavilər, sarılar var. İndi Peterburqda dəbdir - onlarla hamı mübarizə aparır" deyə vurğulayıb.

Kirkorov bu mübarizəni dəstəkləmədiyini bildirərək deyib: "Əgər insan sevib sevilirsə onun dərisinin nə rəngdə olmasının, qan qrupunun heç bir əhəmiyyəti yoxdur". Bu çıxışı zamanı Kirkorovun boynundakı mavi şərf diqqətlərdən yayınmayıb.

Qeyd edək ki, bundan əvvəl Ledi Qaqa və Madonna da oxşar məzmunlu çıxışla gündəmə gəlmişdilər.

Elnur
AzNews.az