Regionlarda mobil internetdən istifadə sürətlə artır

21 Dekabr 2018 12:23 (UTC+04:00)

Bu gün Şəkidə Bakcell tərəfindən "Mobil telekomunikasiyaya giriş" mövzusunda seminar təşkil edilib.

AzNews.az-ın məlumatına görə seminarı Bakcell şirkəti, Məhsulların idarə edilməsi departamentinin rəhbəri Cəlil Xəlilov aparıb. O bildirib ki, dünyada internet istifadəçiləri sürətlə artmaqdadır, buna texnologiyanın sürətli inkişafı da təkan verir: "İnternet istifadəçiləri arasında mobil internet istifadəçilərinin sayında da artım müşahidə edilməkdədir. Azərbaycanda internet istifadəsi əhalinin 78 faizini təşkil edir. Hazırda ölkədə ev interneti 56 faiz, ictimai wifi 21 faiz, mobil internet isə 55 faiz təşkil edir. Göründüyü kimi, mobil internet istifadəçilərinin yarıdan çoxu mobil internetdən bəhrələnir".

Cəlil Xəlilovun sözlərinə görə mobil əlavələrdən istifadə vərdişi gündən-günə çoxalır: "Mobil internetə maraq və asılılıq regionlarda əhəmiyyətli şəkildə artmaqdadır. Mobil internetdən ən çox video-musiqi məzmununun striminqi, meesengerlər, sosial şəbəkələrlə işləmək üçün istifadə olunur. Ümumilikdə sosial şəbəkələrdən istifadə zamanı audio/video məzmunlar üstünlük təşkil edir. İstifadəçilər daha çox WhatsApp, YouTube, Instagram, Facebook, oyunlar, email/Gmail-dən istifadə edirlər. Azərbaycanda mobil internet vasitəsilə daha çox Youtube və Google, daha sonra Facebookdan istifadə olunur".

O, bildirib ki, növbəti illərdə mobil interdən istifadədən həcmi daha yüksək olacaq. Bunun bir səbəbi də quruluş və istismar xərclərinin az olmasıdır. Cəlil Xəlilov daha sonra "Bakcell wifi evinizdə", sabit xəttin əvəzləyici gücünə malik cihazı təqdim edib: "Bu cihazın üstünlükləri ondan ibarətdir ki, yüksək internetlə təmin etməklə yanaşı, daşına biləndir. Biz Bakcell olaraq düşünürük, ki, bu tipli cihazların istifadəsini gələcəkdə daha da artıraq".

Qeyd edək ki, Bakcell-in təşkil etdiyi "Mobil telekomunikasiyaya giriş" mövzusunda seminarları 21-22 tarixlərində iki gün davam edəcək.

AzNews.az