Şuşa Dövlət Musiqili Dram Teatrının binasında aparılan təmir işləri başa çatıb.
Bu barədə AzNews.az-a teatrın direktoru, əməkdar artist Yadigar Muradov deyib. Onun sözlərinə görə, dekabrın 24-də teatrın yeni binasının açılış mərasimi olacaq:
“Bu bina əvvəllər “Savalan” kinoteatrı idi. İndi isə Şuşa Teatrına verildi. Hələ ki, binanın açılışı olacaq. Yeni ildən sonra isə tamaşaların məşqlərinə başlayacağıq”.
Bahar RÜSTƏMLİ
AzNews.az