Qətlə yetirilən biznesmen Eldar Mahmudovun yaxın adamı çıxdı

22 Dekabr 2018 13:28 (UTC+04:00)

Xəbər verdiyimiz kimi, paytaxtın Xətai rayonunda iş adamı qətlə yetirilib.

AzNews.az Unikal.org-a istinadən xəbər verir ki, qətlə yetirilən 1970-ci il təvəllüdlü Vahabov Fariz Mirzaid oğlu MTN-in Mərkəzi Aparatının sabiq rəhbəri Fərhad Vahabovun qardaşı oğludur.

Xatırladaq ki, MTN-in Mərkəzi Aparatının sabiq rəhbəri, general-mayor Fərhad Vahabov da Eldar Mahmudovun ən yaxın kadrlarından biri hesab edilirdi. O, 2015-ci ilin noyabrında həbs olunub.

Hadisə 20 dekabr axşam saat 20:00 radələrində paytaxtın Xətai rayonunda baş verib.

Belə ki, Bakı şəhər sakini, 1973-ci il təvəllüdlü Vahabov Fariz Mirzahid oğlu Xətai rayonu, Sadıqcan küçəsində özünə məxsus "Hyundai" markalı 99 HV 222 dövlət nömrə nişanlı avtomobilində güllələnib. Hadisə yerinə rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib və ilkin araşdırmalara başlayıblar. Sonra meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Xətai rayon şöbəsinə aparılıb.

Ekspertiza şöbəsindən AzNews.az-a verilən məlumata görə, mərhum odlu silahdan açılan atəşlə qətlə yetirlib, müayinə zamanı bıçaq xəsarətləri aşkar edilməyib. Meyit müayinə olunduqdan sonra gecəylə ailə üzvlərinə təhvil verilib.

Xətai rayon Polis İdarəsindən aldığımız məlumata görə, artıq baş vermiş cinayət hadisəsi ilə bağlı bir neçə nəfər şübhəli şəxs qismində saxlanılıb. Faktla bağlı Xətai rayon prokurorluğunda cinayət məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb.

AzNews.az