FETO-çular da "sarı jilet" geyinmək istəyib? - Onlara qarşı əməliyyat

24 Dekabr 2018 11:23 (UTC+04:00)

FETO əməliyyatında "sarı jilet" ələ keçirilib.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, Bursada FETO-nun evlərində keçirilən əməliyyatlarda 22 şübhəli saxlanılıb.

Bir evdə 19 sarı, 9 qırmızı jilet və saxta şəxsiyyət vəsiqələri ələ keçirilib.

AzNews.az qeyd edir ki, hazırda küçə inqilablarının yeni rəngi və adı: “Sarı jiletlər”dir. İndiyə qədər baş verən “qızılgül”, “narıncı” və “ərəb baharı” adlanan inqilabları artıq “Sarı jiletlər” hərəkatının əvəzlədiyi bildirilir. Bunun da tarixçəsi belə olub. Noyabrın 17-də Fransada aksiyaları üzərində partlayıcı maddə olan, sarı jilet geyinən şəxs başladıb. Digər ölkələrdə də Fransadakı aksiya iştirakçılarına dəstək verənlər sarı jiletlərdə mitinqlər keçirirlər.

Görünür, FETO-çular da küçələrə çıxıb etiraz etməyə hazırlaşırmışlar. Ancaq polislərin sayıqlığı onların bu arzusunu gözlərində qoyub.

Pərvanə Ağazadə

AzNews.az