Dünyanın futbol ulduzları Azərbaycanda - SİYAHI

15 Aprel 2013 14:02 (UTC+04:00)
Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Azərbaycana gələcək dünyanın veteran futbolçularının adları açıqlanıb. Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayevin Lent.az-a verdiyi məlumata görə, 8 ölkədən 16 sabiq futbolçu ölkəmizə gələcəyini təsdiqləyib.

Gürcüstandan
Aleksandr Çivadze
Murtaz Xurtsilava
Tengiz Sulakvelidze
Kaxaber Tsxadadze

Almaniyadan
Bernd Şuster
Uli Ştayn
Berti Foqts

Rusiyadan
Vagiz Xidiyatullin
Vitali Şevçenko
Yuri Kuznetsov

Ukraynadan
Leonid Buryak
Andrey Boqdanov

Belarusdan
Andrey Zıqmantoviç

Braziliyadan
Edmar

Xorvatiyadan
Dario Şimiç

İsveçdən
İqor Ponomaryov

O.Abdullayev fransalı Jan-Pyer Papen, ukraynalı İqor Belanov, eləcə də türkiyəli Rüştü Rəçbər, Hakan Şükür və Bülent Korkmazla da danışıqların getdiyini bildirib.

Qeyd edək ki, dünyanın futbol ulduzları mayın 1-də Azərbaycan yığması ilə yoldaşlıq görüşü keçirəcəklər. Bakıdakı "Bayıl Arena"da keçiriləcək matç saat 20:00-da başlanacaq.

AzNews.az