Xalq artisti Ramiz Əzizbəylinin vəziyyəti ağırlaşıb.
Bu barədə AzNews.az-a sənətkarın qızı Cəlalə Əzizbəyli məlumat verib. O, aktyorun ayağının qanqrena olduğunu deyib:
“Hələ heç nə bilmirik, həkimlər dəqiq fikir deməyiblər. Uzun müddətdir ki, beyin xəstəsidir, şəkəri var. İndi də ayağı qanqrena olub. Xəstəlik sürətlə irəliləyir. Həkimlər deyirlər ki, ayağının bir hissəsi kəsilməlidir, bütün müalicələrə baxmayaraq, proses dayanmır. Vəziyyət qeyri-stabildir. Ağır xəstədir, əməliyyatdan çıxmaya da bilər. Özümüz də bilmirik ki, nə qərar verək. Çarəsizik”.
Bahar RÜSTƏMLİ
AzNews.az