“Doğmalarım məni bağışlasa sevinərəm” – BARIŞIQ JESTİ

15 Aprel 2013 16:15 (UTC+04:00)
Bu dəfə sevgi "dastan"ı gərçəkdən bitdi. Müğənni Musa Musayev öz həyat yoldaşı Təranə Qumralın xəyanətini öyrənəndə ilk gözlərinin qarşısına gələn 17 il bundan əvvəl həyat yoldaşına görə üz çevirdiyi anası ilə qardaşları gəldi.

Müğənni Musa Musayev AzNews.az vasitəsi ilə baş verənlərdən çox məyus olduğunu və doğmaları tərəfindən bağışlanmaq istədiyini söylədi.:

"Hər şey məhv oldu. Mənim bütün həyatım alt-üst oldu. 17 ildir ki, mən həyat yoldaşıma görə, ailəmlə, doğmalarımla danışmırdım. Əli, Cabbar mənim qardaşlarımdı. Onların mənimlə danışmamağa haqqı var. Məni bağışlasalar sevinərəm. Bu gün yenidən ailəmə, qardaşlarıma, anama, qohum-əqrabama qayıtdım. İnsanın səhvi olar bilər, ulu Tanrı bağışlayandı".

Sənətçi bildirdi ki, onun T.Qumraldan bir uşağı var. Onun sözlərinə görə, uşağın kiminlə qalacağına özü qərar verəcək: "Seçim uşağın özünündü. Kimi istəsə onunla da qalacaq. Fahişədir... Pozğundu o. O, məni bir deyil, bir neçə dəfə aldadıb. Bütün qazancımı, nəyim vardısa hamısını öz adına keçirdib ki, sonda rahat hərəkət edə bilsin. Mətbuat yalnışlığa yol verib. Mən onu yataqda deyil, telefon danışığı zamanı tutmuşam. Əgər mən onu yataqda tutsaydım indi sizinlə danışmazdım, türmədə olardım. Onun münasibət qurduğu adamı tanıyıram, amma adını deməyəcəm. O, neyləsin?"

Bahar Rüstəmli
AzNews.az