Coşqun Rəhimovdan şok hərəkət: Hamı onu qınayır - VİDEO

27 Dekabr 2018 09:55 (UTC+04:00)

Xərçəng xəstəliyindən əziyyət çəkən aktyor, əməkdar artist Coşqun Rəhimovun başına iş gəlib.

AzNews.az xəbər verir ki, “Bu şəhərdə” sosial şəbəkədə video paylaşıb. Həmin videodan görünür ki, Çoşqun Rəhimov toy məclislərinin birində iştirak edib. Aktyorun başının söhbətə qarışdığını görən dostları, onun badəsində olan suyun içərisinə araq süzüblər. Bunu hiss etməyən Coşqun, badəni başına çəkib, içindəkini sonuna qədər içib.

Sosial şəbəkədə paylaşılan bu video böyük səs-küyə səbəb olub. İzləyicilər “Hacı araq olan masada oturmaz” deyə, Çoşqun Rəhimovu qınayıblar. Bundan əlavə, aktyorun badəsinə araq süzən də günah qazandığını deyib.

Bahar RÜSTƏMLİ
AzNews.az