Ovanisyan Sərkisyanı devirməyə and içib

15 Aprel 2013 19:14 (UTC+04:00)
Ermənistanda keçmiş prezidentliyə namizəd, İrs partiyasının sədri Raffi Ovanisyan hakimiyyətə qarşı yeni mübarizəyə başlayır. Modern.az erməni KİV-lərinə istinadən xəbər verir ki,müxalifətin ən güclü lideri hesab olunan Ovanisyan Serj Sərkisyana qarşı mübarizəyə yenidən bölgələrdən başlayacaq.

Belə ki, aprelin 19-da bölgə səfərinə start verən Ovanisyan Ermənistanda narazı eloktoratla görüşlər keçirərək Sərkisyan hakimiyyətini devirməyə çalışacaq.

Xatırladaq ki, Raffi Ovanisyan aprelin 8-də"Azadlıq" meydanında tərəfdarları qarşısında çıxışında Serj Sərkisyana qarşı mübarizəni dayandırmayacağını and içib.

AzNews.az