Prezident qərb mədəniyyətini bombaya bənzətdi
15 Aprel 2013 20:07 (UTC+04:00)
İran prezidenti Mahmud Əhmədnejat ölkəsinin nüvə silahına ehtiyacı olmadığını bildirib. Onun sözlərinə görə, dünyanın təhlükəsizliyini atom bombası yox, qərbin mədəniyyət və mənəviyyatı təhlükə qarşısında qoyur.
Qeyd edək ki, Əhmədinejat Afrika turnesinə başlayıb. İlk olaraq prezident uran ixrac edən Afrika ölkələrini də ziyarət edəcək.
Elnarə
AzNews.az