Xalq artisti Ramiz Əzizbəylinin ayağı amputasiya edilib.
Bu barədə AzNews.az-a aktyorun qızı Cəlalə Əzizbəyli məlumat verib. O, hazırda aktyorun vəziyyətinin yaxşı olduğunu deyib:
“Atam özünə gəlib, vəziyyəti yaxşıdır. Ayağı qanqrena olmuşdu. Onun qanqrena olan ayağı topuğundan deyil, yalnız barmaq hissəsindən kəsilib”.
Qeyd edək ki, xalq artisti Ramiz Əzizbəyli uzun zamandır ki, ağır xəstəlikdən əziyyət çəkir.
Bahar RÜSTƏMLİ
AzNews.az