Təhsilli qadınla evlənin və… sağlam olun

16 Aprel 2013 07:10 (UTC+04:00)
Təhsilli qadınla evlilik kişilərin səhhəttinə müsbət təsir göstərir. İsveçli alimlər apardıqları təqdiqatın sonucunda bu qənaətə gəliblər. Yarım milyon cütlüyün iştirak etdiyi araşdırmanın nəticələrinə görə, qadının təhsil səviyyəsinin kişinin səhhəttinə birbaşa təsiri var.

Qəribədir ki, kişilərlə bağlı vəziyyət eyni deyil. Yəni kişinin təhsil səviyyəsinin qadınların səhhəttinə müsbət təsiri qeydə alınmayıb. Alimlər bunun səbəbini ailənin həyat tərzinin müəyyənləşdirilməsində qadınların vacib rolu ilə əlaqələndirirlər.

Başqa sözlə desək, təhsilli qadın ailənin qida rasyonundan tutmuş istirahətinə qədər bir çox məsələləri həll edir, buna görə də kişilərin səhhəttinə müsbət təsir göstərir.

Elnarə
AzNews.az