Yığıma ayda orta hesabla 50 manat yönəldilir

16 Aprel 2013 08:28 (UTC+04:00)
Ölkə vətəndaşları ayda orta hesabla 278,6 manat qazanır ki, bunun da yalnız 50 manatını yığıma yönəldə bilir. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2013-cü ilin ilk rübündə ölkənin hər bir sakininin aylıq gəliri orta hesabla 278,6 manat təşkil edib. Gəlirlərin 70.8 %-i son istehlaka (192,25 manatı) , 9.4 %-i vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə (26,20 manatı), 17.9 %-i (50 manatı) isə əmanətlərin və kapitalın artırılmasına sərf edilmişdir.

Qeyd edək ki, 2013-cü ilin birinci rübündə ölkənin hər bir sakininin gəlirləri orta hesabla 4.5 % artmış və ya 836.4 manata çatmışdır.


Mətanət
AzNews.az