Avtomobil su kanalına aşdı, sürücü öldü - Saatlıda

1 Yanvar 2019 13:28 (UTC+04:00)

Saatlı rayonunda yol qəzası baş verib.

Hadisə rayonun Nabatkənd kəndi ərazisində qeydə alınıb.

Həmin kəndin sakini, 1993-cü il təvəllüdlü Rövşən Elşad oğlu Həsənov idarə etdiyi "VAZ-2106" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək su kanalına aşıb.

Nəticədə sürücü hadisə yerində boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır. (Report)