Rusiyada bina yandı - 7 ölü var...

1 Yanvar 2019 14:23 (UTC+04:00)

Rusiyanın Orenburq vilayətində yaşayış binasında yanğın baş verib.

TASS agentliyinin məlumatına görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Xəbərə əsasən, Orsk şəhərindəki yanğın nəticəsində 7 nəfər ölüb. Onlardan üçü uşaq olub.
Hazırda hadisənin başvermə səbəbləri araşdırılır.(olke.az)

AzNews.az