Samir rəsmən İngiltərə klubunda

1 Yanvar 2019 15:26 (UTC+04:00)

İngiltərinin “Vest Hem” klubu Fransa millisinin sabiq üzvü Samir Nəsrini heyətin qatıb.

BBC xəbər verir ki, futbolçu ilə ilkin olaraq mövsümün sonuna kimi müqavilə bağlanıb.

Xatırladaq ki, Nəsrinin son klubu “Antalyaspor” olub.

Qeyd edək ki, S.Nəsrinin qanında dopinq aşkarlandığı üçün 18 ay müddətinə cəzalandırılmışdı. Onun cəza müddəti artıq başa çatıb.(olke.az)

AzNews.az