Baş məşqçini 8 minlik cərimələdilər

1 Yanvar 2019 17:01 (UTC+04:00)

“Arsenal” klubunun baş məşqçisi Unai Emerini 8 min funt sterlinq məbləğində cərimələnib.

BBC xəbər verir ki, buna ispan məşqçinin Premyer Liqasının 19-cu turunda “Brayton”la qarşılaşmadan sonra su qabını təpiklə azarkeşə vurması səbəb olub.

Qeyd edək ki, U.Emeri baş verən hadisədən sonra azarkeşdən üzr istəmişdi. O, bu hərəkəti qəsdən etmədiyini deyib.

AzNews.az