12 yaşlı oğlanın əlində fişəng partladı - Bakıya göndərdilər

1 Yanvar 2019 17:28 (UTC+04:00)

Mingəçevir şəhərində əlində pirotexniki vasitə partlayan yeniyetmənin vəziyyəti ağır olduğundan Bakıya göndərilib.

Məlumata görə, iki gün əvvəl 2007-ci il təvəllüdlü Yusif Sadıq oğlu İsmayılovun əlində fişəng partlayıb.

Nəticədə 12 yaşlı yeniyetmənin sol gözü zədələnib. O, müayinə və müalicəsinin davam etdirilməsi məqsədilə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə yerləşdirilib.(Report.az)

AzNews.az