"WhatsApp" bu telefonları dəstəkləməyəcək

1 Yanvar 2019 20:49 (UTC+04:00)

"WhatsApp" messenceri istifadəçiləri sevindirməyəcək bir xəbər ilə gündəmə gəlib.

Bu gündən etibarən "WhatsApp" "Nokia S40" seriyasını dəstəkləməyəcək.

Feysbuk "WhatsApp"ın 2020-ci ilin fevralın 1-dən Android 2.3.7 və daha əvvəlki versiyaları, eyni zamanda İOS 7 əməliyyat sistemi ilə işləyən "iPhone"ları da dəstəkləməyəcəyini açıqlayıb. (Azedu.az)

AzNews.az