Pakistanda hərbi təhsil mərkəzinə hücum edilib, ölənlər var

2 Yanvar 2019 09:22 (UTC+04:00)

"Report" xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Pakistan Ordusuna istinadən yayılan xəbərdə bildirilir ki, hadisə Loralai bölgəsində qeydə alınıb. Aralarında kamikadzenin də olduğu 4 terrorçunun hücumu nəticəsində ordunun 4 əsgəri həlak olub.

Təhlükəsizlik qüvvələri terrorçuların hücumunun qarşısını alıb. Əməliyyat zamanı onlardan 3-ü məhv edilib, kamikadze isə özünü partladıb.

Hücum "Pakistan Talibanı" adlandırılan "Tehrik-i-Taliban Pakistan" qruplaşması tərəfindən həyata keçirilib.

Daha əvvəl Pakistan Ali Məhkəməsi FETÖ-nün terrorçu təşkilat kimi tanıyıb.

AzNews.az