Yaşayış binasında baş verən partlayışda ölənlərin sayı artıb

2 Yanvar 2019 10:44 (UTC+04:00)

"Report" TASS-a istinadən bildirir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi tərəfindən Çelyabinsk vilayətində yaradılan operativ qərargah məlumat yayıb.

Dağıntılar altından 11 meyit çıxarılıb. 30-dan çox insanın taleyi hələ də məlum deyil.

Qeyd edək ki, ötən il dekabrın 31-də Magnitogorsk şəhərində çoxmərtəbəli yaşayış binasının blokunda qaz sızmasından partlayış baş verib. Nəticədə 120 nəfərin yaşadığı bina çöküb. Hadisə yerinə Rusiyanın Prezidenti Vladimir Putin baş çəkib.

AzNews.az