Prezident İlham Əliyev Vladimir Putinə başsağlığı verib

2 Yanvar 2019 11:26 (UTC+04:00)

Başsağlığında deyilir: "Hörmətli Vladimir Vladimiroviç, Maqnitoqorskda baş vermiş faciə barədə xəbər məni dərindən kədərləndirdi.

Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Rusiya xalqına Azərbaycan xalqı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verir, zərərçəkənləriin tezliklə sağalmasını arzulayıram".

AzNews.az