Azərbaycana ət idxalı artıb

2 Yanvar 2019 11:35 (UTC+04:00)

AzNews.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə ət idxalı dəyər ifadəsində 9,5%, miqdar ifadəsində isə 16,3% artıb.

Beləliklə, 2018-ci ilin ilk on bir ayı ərzində ət idxalı ölkənin ümumi idxalının cəmi 0,62%-ni əhatə edib.

Komitənin məlumatına əsasən, bu müddətdə ölkədən 1 029 min dollar dəyərində ət və qida üçün yararlı ət əlavələrinin ixracı həyata keçirilib. Bu isə ölkə üzrə cəmi ixracın 0,01%-ni təşkil edib.

Bundan başqa, rəsmi məlumata əsasən, hesabat dövründə ölkəyə 51 945 min dollar dəyərində diri heyvan idxal olunub, ixrac isə bu müddətdə cəmi 386 min dollar təşkil edib.

AzNews.az