Tayvan gəmisi Çin sahillərində batıb

2 Yanvar 2019 16:41 (UTC+04:00)

Trend-in məlumatına görə, hadisə nəticəsində bir nəfər ölüb, 9 nəfər itkin düşüb.

Ümumilikdə gəminin göyərtəsində 15 nəfər olub. Axtarış-xilasetmə əməliyyatı davam edir, ekipaj üzvlərindən 5-ni xilas etmək mümkün olub.

Gəminin batma səbəbləri məlum deyil.

AzNews.az