Əbu-Dabidəki Azərbaycan pavilyonu erməniləri bərk qıcıqlandırdı

2 Yanvar 2019 18:00 (UTC+04:00)

Oxu.Az xəbər verir ki, Azərbaycanın “Biz dağıq” abidəsi şəklində qurulmuş pavilyonu Ermənistan tərəfi bərk əsəbləşdirib. Müxtəlif erməni xəbər agentlikləri və saytları bu barədə məlumatlar dərc edərək, abidənin özlərinə aid olması barədə hay-küy yaradılblar.

Qeyd edək ki, “Biz dağıq” abidəsi 1967-ci ildə, indi Ermənistanın işğalı altında olan, o zamanlar Stepanakert adlandırılan Xankəndi ərazisində qurulub. Baxmayaraq ki, abidənin müəllifi Sarqis Baqdasaryandır, lakin abidə Azərbaycan tərəfinin razılığı və təşəbbüsü ilə ucaldılıb.

Abidə dağlarda yaşayıb birlikdə 100 yaşa çatmış iki qocanı, ər-arvadı təsvir edir və Qarabağın uzunömürlülər diyarı olmasına diqqət çəkmək üçün nəzərədə tutulmuşdu.Kənardan baxanda insan simaları həm də torpaqdan boy atan dağ şəklində təsvir olunub.