Qonşu ölkədə İnstaqram qadağan edildi

2 Yanvar 2019 19:22 (UTC+04:00)

Axar.az xəbər verir ki, bu barədə İran baş prokurorunun köməkçisi Cavad Cavidniya deyib.

O bildirib ki, hökumət sözügedən platformanın filtrlənməsi ilə bağlı qərar versə də, yüksək maliyyə gərəkdiyindən dolayı bu, baş tutmayıb:

“Hazırda İnstaqrama girişin qadağan edilməsi yönündə məhkəmənin qərarı var. Kiber Dünya Ali Şurası da bu sosial şəbəkənin ölkədə qapadılmasından yanadır”.

Qeyd edək ki, İnstaqrama girişin qadağan edilməsi qərarının hələ ki, icra edilmədiyi vurğulanıb.

AzNews.az