Ermənistanda un bahalaşdı - Əhali təşviş içdə

2 Yanvar 2019 21:26 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu barədə Ermənistanın İqtisadi rəqabətin müdafiəsi üzrə Dövlət Komissiyası məlumat yayıb.

Belə ki, ötən ayla müqayisədə yüksək keyfiyyətli unun 1 kq-nın topdansatış qiyməti 217 dramdan 226 drama qalxıb.

Ümumilikdə şirkətlər tərəfindən qiymət artımı 50 kq-lıq kisə ilə hesablamada 450 dram təşkil edib.
Hazırda Ermənistanın antiinhisar qurumu bahalaşmanın səbəbini araşdırır.

Qeyd edək ki, 1000 dram təqribən 2 ABŞ dolları təşkil edir.(Ölkə.Az)

AzNews.az