401 miqrant son anda xilas edildi

3 Yanvar 2019 09:25 (UTC+04:00)

Bu barədə Fransanın Təhlükəsizlik və Dənizdə Xilasetmə Xidmətinin nümayəndəsi bildirib.

Onun sözlərinə görə, yanvarın 1-i Cəbəllütariq boğazında və Alboran dənizində 111 miqrant xilas edilib, yanvarın 2-si isə daha 290 miqrantı xilas etmək mümkün olub.

Qeyd edək ki, 2015-ci ildə Yaxın Şərq və Şimali Afrikanın bir sıra ölkələrində münaqişələrin aktivləşməsi səbəbindən bu ərazilərdən Aralıq dənizi vasitəsi ilə Avropa keçmək istəyən miqrantların sayı kəskin artıb. Aralıq dənizi miqrantları Avropa İttifaqı ölkələrinə çatdırılması üçün əsas marşrut sayılır.(trend.az)

© AzNews.az