Luvr Muzeyini bir ildə 10 milyon nəfər ziyarət edib

3 Yanvar 2019 10:37 (UTC+04:00)

Bu da muzey tarixində rekort göstərici sayılır.

Bunu muzeyin direktoru Jan-Luc Martinez bildirib.

Onun sözlərinə görə, muzeyin tarixində ilk dəfə olaraq belə bir rəqəm qeydə alınıb: “2018-ci ildə Luvru 10 milyondan çox adamın ziyarət etdiyini düşünürəm".

Direktor bildirib ki, Fransa paytaxtında baş verən terror hücumlarından sonra müşahidə edilən azalmanın ardından, Parisdə beynəlxalq turizmin bərpası layihəsi sayəsində 2018-ci ildə muzeyə rekord sayda ziyarətçi baş çəkib.

Qeyd edək ki, muzeyin əvvəlki rekordu 2012-ci ildə qeydə alınıb. Həmin il Luvru 9.7 milyon insan ziyarət edib.

Luvr Muzeyi ilk dəfə 8 noyabr 1793-cü ildə açılıb. Onun ilk sərgisi Fransız hökmranlarının kolleksiyasından 537 rəsm və 124 digər sənət əsərlərindən ibarət olub. Bu gün Luvr dünyanın ən böyük sənət muzeylərindən biridir.(report.az)

© AzNews.az