Pakistandan FETO-ya daha bir zərbə

3 Yanvar 2019 11:24 (UTC+04:00)

Türkiyənin Təhsil Nazirliyi Pakistandakı FETO məktəblərini alıb.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Pakistan Ali Məhkəməsi FETO-nun ölkədə terror təşkilatı elan edilməsi üçün Daxili İşlər Nazirliyinə təlimat verib.

Təlimatın ardından Pakistandakı “Pak-Türk Çağ Eğitim” dərnəyinin məktəblərinin idarəçiliyi Türkiyə Təhsil Nazirliyinə verilib.

Nigar CƏFƏR

AzNews.az