62 yaşlı aktyorla bağlı qalmaqal - FOTOLAR

3 Yanvar 2019 11:32 (UTC+04:00)

Aktrisa-müğənni eyni serialda rol aldığı Talatın ona böhtan atdığını qeyd edib.

Şevval həmkarının şikayətinə qarşılıq olaraq məhkəməyə müraciət edib. Aktrisa aktyora qarşı linç kampaniyası yaratmadığını qeyd edib. Aktrisanın vəkili isə qarşı tərəfdən 101 min lirə təzminat tələb etdiyini bildirib.

Qeyd edək ki, tərəflər arasında qalmaqal ötən ilin sentyabrından etibarən başlamışdı. Belə ki, 62 yaşlı Talatın 19 yaşlı Özlem Şimşek adlı işçini çəkiliş meydançasında qalstukunu düzəldərkən dodağından öpmək istədiyi iddia olunmuşdu. Bundan sonra baş qəhrəman Şevval Sam mətbuata açıqlamasında aktyorla eyni serialda rol aldığına təəssüfləndiyini qeyd etmişdi. Qarşı tərəf isə aktrisaya sərt sözlər demişdi.(qafqazinfo.az)



© AzNews.az