Özil “Arsenal”dan gedir?

3 Yanvar 2019 11:43 (UTC+04:00)

Agent müştərisinin mövsümün sonuna kimi London klubunda oynayacağını deyib:

“Özil “Arsenal”la müqaviləsini yeni uzadıb. Çünki o, öz gələcəyini bu klubda gördü. İndi də belədir. O, uzun müddət komandada qalmaq istəyir. Məsut klubu sevir, dəyərini daşıyır və başqa yerə getmək istəmir. O, öz üzərində məsuliyyət hiss edir. Bu səbəbdən də cari mövsüm komandanın kapitanlarından biridi”".

Qeyd edək ki, 30 yaşlı Türkiyə əsilli alman yarımmüdafiəçinin “topçular”da illik maaşı 21,5 milyon avrodur.(qafqazinfo.az)

© AzNews.az