Türkmənistan prezidenti oğluna yeni vəzifə verdi

3 Yanvar 2019 11:58 (UTC+04:00)

“Türkmənistan bu gün” rəsmi dövlət agentliyi xəbər verir ki, bu barədə dövlət başçısı Qurbanqulu Berdiməhəmmədov fərman imzalayıb.

Prezident digər qərarla oğlunu Axal vilayəti hökumət başçısının müavini təyin edib.

Axal vilayətinin adı əvvəllər Aşqabad olub. Bu, vilayətin mərkəzi əvvəlcə Aşqabad şəhəri idi. Bir müddət sonra ölkə paytaxtı ayrıca inzibati ərazi vahidi elan edilib. Axal vilayətinin mərkəzi hazırda Annau (Buqdaylı) olub.

Axalda yeni inzibati mərkəzi tikiləcək. Qurbanqulu Berdiməhəmmədov ideyasına əsasən, bu vilayət Aşqabaddan az cazibəli olmayacaq.

Sərdar Berdiməhəmmədov 1981-ci ildə anadan olub. 2016 və 2018-ci illərdə Türkmənistan parlamentinin deputatı seçilib. 2018-ci ilin yazında prezident oğlu Sərdarı xarici işlər nazirinin müavini təyin edib. O, Rusiya paytaxtı Moskva və İsveçrənin Cenevrə şəhərində təhsil alıb.(report.az)

© AzNews.az