2 milyon ukraynalı Avropaya vizasız gedib gəldi - Poroşenko

3 Yanvar 2019 12:12 (UTC+04:00)

2 milyon Ukrayna vətəndaşı Avropa İttifaqı ilə olan vizasız rejimdən istifadə edib.

AzNews.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu fikirləri Ukrayna prezidenti Petr Poroşenko özünün Facebook səhifəsində yazıb.

"Hazırda Ukraynanın 100 ölkə ilə vizasız rejimi var. Biz Ukraynanı dünyaya, dünyanı isə Ukraynaya açmağa davam edirik". Poroşenko belə deyib.

Xatırladaq ki, ötən il ərzində 4 milyon 700 ukraynalı xaricə getmək üçün pasport əldə edib.

Babək Göyüş

© AzNews.az