Həkim reseptləri xəstənin telefonuna göndəriləcək

3 Yanvar 2019 12:21 (UTC+04:00)

Elektron reseptin baza forması kimi həkimin elektron imzasının kodunun götürülməsi təklif olunur. Bununla yanaşı, reseptlərin sms-bildirişlər, pdf-fayl əlavə olunan elektron poçt ünvanı, mobil telefon və ya internet əlavəsi vasitəsilə göndərilməsi də mümkündür.

Çexiyada bu təcrübənin tətbiqinə ötən ildən başlanılıb. Belə ki, 2018-ci ildə həkimlər pasiyentlərə 58 milyondan çox elektron resept yazıblar.(AZƏRTAC)

© AzNews.az