“BMW” ilə qəza törətdi, xəstəxanada dünyasını dəyişdi

3 Yanvar 2019 12:41 (UTC+04:00)

Bərdədə ölümlə nəticələn ağır yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, yanvarın 2-də saat 19 radələrində Bərdə şəhəri ərazisində şəhər sakini Elimdar Məmmədov idarə etdiyi “BMW” markalı avtomobili yolun kənarındakı beton dirəyə vurub.

Nəticədə E.Məmmədov və bir sərnişini xəstəxanaya yerləşdirilib,sürücü orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az