“Mersedes” Mik Şumaxerə kontrakt təklif etmədi

3 Yanvar 2019 12:57 (UTC+04:00)

“Bild dam Sonntag” qəzeti xəbər verir ki, yayılan şayiələrə görə, “Mersedes” və “Ferrari” komandaları Miki öz sıralarına cəlb etmək üçün rəqabət aparırlar. “Kral yürüşləri”nin yeddiqat çempionu Mixael Şumaxerin oğlu ötən il Avropada Formula 3 yarışlarının qalibi olub, bu ildən isə Formula 2-də çıxış edəcək.

“Mersedes” komandasının avtoyürüş proqramının rəhbəri Toto Volf deyib: “Mik Formula 3 yarışlarını “Mersedes” motoru ilə udub, lakin indi biz ona özünü inkişaf etdirmək imkanı verməliyik. Hazırda bizim gənclər proqramında yerlərin sayı məhduddur. Mənim üçün prioritet olan 2020-ci ildə Esteban Okon üçün yer tapmaqdır”.(AZƏRTAC)

© AzNews.az