İstanbulda silahlar danışdı - Tanınmış aparıcı güllələr arasında qaldı

3 Yanvar 2019 14:05 (UTC+04:00)

Türkiyəli aparıcı Özlem Yıldız dünən gecə sevgilisi Murat Sönmez ilə getdiyi restoranda silahlı hücuma məruz qalıb.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, aparıcı Özlem Yıldız Kanal D-də yayımlanan “2.Sayfa” verilişində başına gələnlər haqqında danışıb.

O, restoranda yemək yediklərini və birdən silah səsləri eşitdiklərini deyib.

Özlem Yıldız və sevgilisi Murat Sönmezin insident zamanı əl-ələ restorandan çölə qaçdığı görüntüləri də yayılıb.

Nigar CƏFƏR

AzNews.az