Rubl iki ilin minimumuna düşdü

3 Yanvar 2019 14:27 (UTC+04:00)

Moskva birjasının məlumatlarına görə, ABŞ valyutasının kursu 71,45 rubla qədər artıb.

Dollar ötən bir gündə 2,35% bahalaşma göstərib. Avro isə rubla nisbətdə 1,33% ucuzlaşıb və 78,96 rubl təşkil edib.

“Brent” markalı neftin mart ayında çatdırılacaq partiyasının qiyməti London birjasında 1 barel üçün 54,33 dollar təşkil edib, bu isə əvvəlki ticarət qiymətindən 1,06% ucuzdur.

Ümumiyyətlə, qeyd edək ki, 2018-ci il ərzində rublun məzənnəsi 17,5% düşüb. “Brent” markalı neftin bir barelinin qiymətində isə il ərzində 21,6 faiz ucuzlaşma qeydə alınıb.(oxu.az)

© AzNews.az